00:00:00
Yazar
Admin User
10.02.2026 10:31 23 1 dəq oxuma
Dünya

Putinin təltif etdiyi erməni Ukraynada məhv edilib

Putinin təltif etdiyi erməni Ukraynada məhv edilib

Rusiya ordusunun tərkibində döyüşən “Arbat” erməni batalyonunun komandiri Ayk Qasparyan Ukraynada məhv edilib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.

 

Məlumatı işğal altındakı Qorlovka şəhərinin “meri” İvan Prixodko da təsdiqləyib.

 

Qeyd edək ki, 2021-ci ildə Qasparyan zorakılıqla törədilən soyğunçuluğa görə yeddi il həbs cəzasına məhkum edilmişdi. Rusiyanın Ukraynaya tammiqyaslı işğalı başladıqdan sonra o, “Vaqner” özəl hərbi şirkətinin tərkibində döyüşlərə qatılıb.


2023-cü ilin yayında Qasparyan “Arbat” batalyonunun komandiri kimi Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb.

 

Ayk Qasparyan Rusiya Prezidenti Vladimir Putin tərəfindən “İgidliyə görə” medalı ilə də təltif olunub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər