Putinin varisi o olacaqdı, lakin...
Rusiyada artıq uzun müddətdir ki, Vladimir Putindən sonra ölkəyə başqa bir şəxsin rəhbərlik edə biləcəyi fikri demək olar, tabu sayılır. Halbuki bir zamanlar bu, real ehtimal kimi müzakirə olunub.
"İnformator.az" "Konkret.az"a istinadən xəbər verir ki, bu günlərdə Rusiya prezidentinin fərmanı ilə, öz xahişi əsasında, dövlət xidmətindən tamamilə ayrılan Sergey İvanov siyasi səhnədən birdəfəlik getdi. Son vaxtlara qədər o, prezidentin ekologiya və nəqliyyat üzrə xüsusi nümayəndəsi və eyni zamanda Təhlükəsizlik Şurasının daimi üzvü idi. Bir dövr Putinin mümkün varisi kimi göstərilən İvanov artıq tam şəkildə təqaüdə çıxıb.
