Putinlə Paşinyan yenidən görüşür? - Kremldən açıqlama
Yaxın vaxtlarda Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyanın görüşü planlaşdırılmır.
"İnformator.az" xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov bildirib.
Peskov söyləyib ki, Putinlə Paşinyan təzəlikcə təmasda olublar, bu səbəbdən yaxın vaxtlarda belə bir görüş planda yoxdur.
Qeyd edək ki, Paşinyanın Kremldə Vladimir Putinlə sonuncu görüşü aprelin 1-də baş tutub.