00:00:00
Yazar
Bəsti Nəsibova
26.11.2026 19:33 445 2 dəq oxuma
Gündəm

Qəbələ və Zaqatalada Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin fəaliyyəti ilə bağlı media tur təşkil olunub

Qəbələ və Zaqatalada Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin fəaliyyəti ilə bağlı media tur təşkil olunub

Noyabrın 24–25-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə vətəndaş cəmiyyəti nümayəndələri üçün Qəbələ və Zaqatala rayonlarına media tur təşkil olunub.

Media tur çərçivəsində hər iki rayonda fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin fəaliyyəti ilə yaxından tanışlıq olub. Mərkəzlərin həyata keçirdiyi sosial və maarifləndirici tədbirlər, uşaqlara və ailələrə göstərilən psixoloji, sosial və hüquqi dəstək xidmətləri barədə ətraflı məlumat verilib.

Tanışlıq zamanı bir daha aydın olub ki, bu mərkəzlər yalnız sosial xidmət göstərən müəssisələr deyil, həm də çətinliklərlə üzləşən ailələrə, həssas vəziyyətdə olan uşaqlara dəstək verən, onların problemlərinin həllinə töhfə göstərən mühüm sosial platformalardır.

Xüsusilə uşaqların hüquqlarının qorunması, onların sağlam və təhlükəsiz mühitdə böyüməsi, ailələrdə sağlam münasibətlərin formalaşdırılması, valideynlərin maarifləndirilməsi və risk qrupuna daxil olan ailələrlə profilaktik işin aparılması istiqamətində görülən işlər diqqətəlayiqdir.

Səfər bir daha göstərib ki, ailə institutunun möhkəmləndirilməsi, uşaqların müdafiəsi və sosial rifahın yaxşılaşdırılması istiqamətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyəti mühüm əhəmiyyət daşıyır.

Bu cür media turlarının təşkili vətəndaş cəmiyyəti nümayəndələrinin görülən işlərlə yerində tanış olması, uğurlu təcrübələrin öyrənilməsi, eləcə də dövlət qurumları ilə QHT-lər arasında əməkdaşlığın və qarşılıqlı əlaqələrin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Ailələrin sosial rifahının yüksəldilməsi, uşaqların hüquqlarının qorunması və onların sağlam gələcəyinin təmin edilməsi istiqamətində həyata keçirilən bu fəaliyyətin davamlı olması cəmiyyətin inkişafına mühüm töhfə verəcək.

“Gələcəyə Baxış” Aİ İctimai Birliyinin sədri
Bəsti Nəsibova

#ailələrə #uşaq #gündəm #bağlı
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər