"Qəbələ" Yaponiyanın U-20 millisi ilə qarşılaşacaq
"Qəbələ" milli komandaların oyunları ilə bağlı yaranan fasilə dövründə 2 yoxlama oyunu keçirəcək.
Bu barədə klubun mətbuat xidmətindən bildirilib.
Bölgə təmsilçisi sentyabrın 27-si "Karvan-Yevlax"la, oktyabrın 3-də isə Yaponiyanın U-20 millisi ilə qarşılaşacaq.
Qeyd edək ki, hər iki matç Qəbələ şəhər stadionunda baş tutacaq