00:00:00
Yazar
Zəhra Həsənova
21.05.2026 21:47 26 3 dəq oxuma
Sosial

Qəbir yerlərinin satışı qanunidirmi? - AÇIQLAMA

Qəbir yerlərinin satışı qanunidirmi? - AÇIQLAMA

Hazırda vəfat edən şəxslərin dəfn olunacağı qəbir yerləri üçün xüsusi qiymətlər təklif edilməsi müzakirələrə səbəb olur. Bəzi qəbir sahələrinin qiymətinin 20 min manata qədər yüksəldiyi bildirilir. Bu isə "Qəbir yerlərinin satışı qanunidirmi?" sualını gündəmə gətirir. Bəs qanun bu məsələ ilə bağlı nə deyir?

Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında Turan Abdullazadə bildirib ki, Nazirlər Kabinetinin təsdiq etdiyi Qəbiristanlıqların salınması və idarə olunması Qaydalarına görə, Azərbaycan Respublikası vətəndaşlarının, ölkədə olan əcnəbilərin, qaçqın statusu alanların və kimsəsiz şəxslərin dəfn olunması üçün qəbir yerləri qəbiristanlığın müdiriyyəti tərəfindən ödənişsiz ayrılır:


“Buna görə: Dəfn üçün qəbir yeri pulsuz verilməlidir. Qəbiristanlıqların gəlir mənbələri arasında qəbir yerlərinin ayrılması ilə bağlı ödənişlər yer almayıb. Yəni ödəniş tələb etmək rəsmi qaydaların xaricindədir. Pulla əldə edilən qəbir yerlərinin mülkiyyət sənədi mövcud deyil, bu baxımdan həmin yerlərin qanuni əsaslarla alqı-satqısı da mümkün deyil. Deməli, qəbir yerinin satışından pul tələb etmək  istər müdiriyyət, istər vasitəçi tərəfindən olsun qanuna ziddir. Qəbiristanlıqların qorunması, saxlanılması, abadlaşdırılması və idarə olunması xərcləri yerli büdcələrin vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ianələri, habelə dəfnlə bağlı digər xidmətlərin (məsələn, qazıma, abadlıq işləri) göstərilməsindən əldə olunan gəlirlər hesabına ödənilə bilər.
Bu o deməkdir ki: Qəbiristanlıq müdiriyyəti  birbaşa icraçı qurum kimi əsas məsuliyyəti daşıyır. Qaydalara əməl etməmək onların öhdəliyidir. Bələdiyyə qəbiristanlıqları maliyyələşdirən və nəzarət edən qurum kimi cavabdehdir. Qəbir yerini qeyri-qanuni yollarla satan kənar şəxslər cinayət-hüquqi məsuliyyətə cəlb oluna bilər (fırıldaqçılıq, rüşvət və s.). Qaydalara görə, qəbir yerlərinin əvvəlcədən rezervasiyasına yol verilmir  yəni şəxsin ölümündən əvvəl onun üçün məzar yerinin əldə olunması qaydalara ziddir. Ailə üçün isə yalnız bir istisna nəzərdə tutulmuşdur: Qonşu qəbir yerinin rezervasiyasına dəfn edilmiş şəxsin yalnız ər və ya arvadına, onların yazılı müraciəti əsasında icazə verilir.
Bundan əlavə, eyni qəbir yerindən dəfn olunmuş şəxsin yaxın qohumları tərəfindən təkrar istifadə mümkündür lakin bu, yalnız dəfndən 25 il keçdikdən sonra və ya qəbrin köçürülməsi yolu ilə həyata keçirilə bilər. Qəbiristanlıqların idarə olunması, qəbir yerlərinin ayrılması və dəfn işlərinin təşkili birbaşa qəbiristanlıq müdiriyyətinin və bələdiyyənin vəzifəsidir. Qaydaların pozulmasına görə inzibati cərimələr tətbiq olunur və məsuliyyət əsasən bu qurumların üzərinə düşür”.

Hüquqşünasın sözlərinə görə, inzibati Xətalar Məcəlləsində aşağıdakı maddədə məsuliyyət nəzərdə tutulub: 


“Maddə 516-1. Qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyin pozulması
516-1.1. Dəfn barədə məlumatın dəfnlərin vahid reyestrində yerləşdirilməməsinə və ya vaxtında yerləşdirilməməsinə görə -
vəzifəli şəxslər yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.
516-1.2. Qəbiristanlıqların qorunması tələblərinin, habelə dəfnlərin təşkili zamanı sanitariya-gigiyena normalarının pozulmasına görə -
fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. 516-1.3. Qəbir yerlərinin rezervasiyası tələblərinin pozulması, dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə görə - beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir”.

Selcan Xudiyeva

#qanunidirmi? #qəbir #gündəm #xəbər #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər