00:00:00
Yazar
Elmira Ağayeva
24.06.2026 20:26 24 1 dəq oxuma
Siyasət

"Qərb Arktikada Rusiyanın mövqeyini zəiflətməyə çalışır" - Rusiya XİN

"Qərb Arktikada Rusiyanın mövqeyini zəiflətməyə çalışır" - Rusiya XİN

 

Qərb ölkələri yerli xalqların hüquqları məsələsini siyasiləşdirərək Rusiyanın tarixi Arktika əraziləri üzərindəki hüquqlarını şübhə altına almağa çalışırlar. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin ayrı-ayrı ölkələrdə yerli xalqların hüquqlarının vəziyyətinə dair ikinci hesabatında bildirilir.


Nazirliyin rəsmi saytında dərc olunan hesabatda qeyd edilir:
“ABŞ, Kanada və onların müttəfiqləri beynəlxalq forumlarda, regional formatlarda və mediada fəaliyyətlərini gücləndirərək Rusiyada və bir sıra inkişaf etməkdə olan ölkələrdə yerli xalqların hüquqlarının guya pozulması barədə iddiaları yayırlar. Bununla onlar Şimali Amerikada, Qərb Arktika dövlətlərində, Avstraliyada, Yeni Zelandiyada və Yaponiyada bu sahədə mövcud problemlərdən dünya ictimaiyyətinin diqqətini yayındırmağa, həmçinin Rusiyanın öz tarixi Arktika əraziləri üzərində hüquqlarını şübhə altına almağa çalışırlar”.


Rusiya Xarici İşlər Nazirliyi vurğulayıb ki, Qərb ölkələri yerli xalqların hüquqları məsələsini həddindən artıq siyasiləşdirir və bu yanaşma ümumilikdə dünya birliyinin üzvləri arasında əməkdaşlığı deyil, parçalanma və qarşıdurmanı təşviq etməyə yönəlib.


TASS
Nuray Əliyeva

#Qərb #Rusiya #Arktika
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər