00:00:00
Yazar
Nərmin Həşimova
10.06.2026 19:15 28 1 dəq oxuma
Siyasət

Qəribabadi: İrana qarşı hazırlanan qətnamə hərbi cinayətləri silmək cəhdidir- ŞƏRH

Qəribabadi: İrana qarşı hazırlanan qətnamə hərbi cinayətləri silmək cəhdidir- ŞƏRH

ABŞ və üç Avropa ölkəsinin İrana qarşı hazırladığı qətnamə layihəsi hərbi cinayətlərin silinməsi cəhdidir.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki, Qəribabadinin səsləndirdiyi fikirlər İranın mövcud diplomatik mövqeyini əks etdirir:

 

“Əgər ABŞ və Avropa ölkələrinin təşəbbüsü ilə hazırlanan qətnamə qəbul olunarsa, bu, Tehran vasitəsilə siyasi təzyiq aləti kimi qiymətləndiriləcək və tərəflər arasında etimad böhranını daha da dərinləşdirə bilər. Belə bir şəraitdə İranın nüvə proqramı ətrafında danışıqların mürəkkəbləşməsi və regionda onsuz da həssas olan təhlükəsizlik mühitinin əlavə gərginliklə üzləşməsi ehtimalı artır. Qətnamənin beynəlxalq münasibətlərə təsiri isə onun məzmunundan və sonrakı addımlardan asılı olacaq. Bir tərəfdən Qərb dövlətləri bunu beynəlxalq nəzarət mexanizmlərinin gücləndirilməsi kimi təqdim edə bilərlər, digər tərəfdən isə İran və ona yaxın ölkələr bunu selektiv yanaşma və siyasi təzyiq nümunəsi kimi dəyərləndirə bilərlər. Nəticədə Yaxın Şərqdə geosiyasi qütbləşmənin dərinləşməsi, diplomatik dialoq imkanlarının məhdudlaşması və beynəlxalq platformalarda qarşılıqlı ittihamların artması ehtimalı istisna deyil”.


Nurgün Qənizadə

#yeni #cinayətləri #qarşı #i̇rana #qəribabadi:
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər