00:00:00
Yazar
Aydan Əsgərxanlı
06.07.2026 21:55 32 1 dəq oxuma
Dünya

Qətər təyyarəsi məcburi Bakıya eniş edib

Qətər təyyarəsi məcburi Bakıya eniş edib

"Qatar Airways" aviaşirkətinə məxsus, Doha–Tiflis marşrutu üzrə QTR253 reysini yerinə yetirən hava gəmisi ehtiyat hava limanı qismində Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

 

"İnformator.az"  "Axar.az"a istinadən xəbər verir ki, mövzu ilə bağlı "Azərbaycan Hava Yolları" (AZAL) QSC-dən məlumat verilib.

 

Bu qərar təyinat hava limanı olan Tiflisdə müşahidə olunan əlverişsiz meteoroloji şərait səbəbindən hava gəmisinin komandiri tərəfindən qəbul edilib.

 

"Airbus A320" tipli hava gəmisi yerli vaxtla saat 20:23-də uğurla eniş edib. Heydər Əliyev Beynəlxalq Aeroportu hava gəmisinə mövcud prosedurlara uyğun xidmət göstərib. Meteoroloji şərait yaxşılaşdıqdan sonra reys təyinat məntəqəsinə uçuşunu davam etdirəcək.

#məcburi #təyyarəsi #baki #gündəm #eniş
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər