00:00:00
Yazar
Admin User
15.01.2015 12:02 297 1 dəq oxuma
Sosial

Qaçqınların əsas ehtiyacları ödənmir

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı suriyalı qaçqınlarla bağlı növbəti hesabatını yayıb.
Qaçqınların əsas ehtiyacları ödənmir

Hesabata görə, qonşu ölkələrdə məskunlaşan qaçqınların 50%-inin əsas ehtiyacları ödənmir. Qurum bunu yetərli maliyyə vəsaitinin olmamamsı ilə izah edib.

 

Təşkilatın ali komissarı Antonio Quterreş BMT-nin ən kəskin humanitar böhranla üz-üzə dayandığını bəyan edib. O, beynəlxalq ictimaiyyətə müraciət edərək 2015-ci ildə regionda acınacaqlı vəziyyətdə yaşayan 1 milyon şəxsə yardım etmək üçün 8.4 milyard dollar toplamağa çağırıb. Bildirib ki, hazırda 3.8 milyon suriyalı qaçqın qonşu ölkələrdə, 9 milyon köçkün isə ölkə daxilində yaşayır.  

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər