00:00:00
Yazar
Admin User
19.10.2023 17:32 294 2 dəq oxuma
Sosial

Qadın da, kişi də sükan arxasında bərabər hüquqa malikdir

Qadın da, kişi də sükan arxasında bərabər hüquqa malikdir

Əvvəllər sükan arxasında xanım sürücünün əyləşməsi ətrafdakılarda böyük təəccüb doğururdusa, indi buna adi hal kimi baxılır. Artıq kimsə bahalı maşında zərif cinsin nümayəndəsinin əyləşməsini və işıqforun yaşıl işığının yanmasını səbrlə gözləməsini təəccüblə qarşılamır. Amma bu da reallıqdır ki, kişilər hələ də qadınların onlarla eyni yolu tam formada paylaşmaqlarını qəbul edə bilmirlər. Elə buna görə də avtomobil idarə edərkən ehtiyatlı davranan qadınlar kişilərdə qıcıq yaradır. Bu gün sükan arxasında əyləşən kişilərin böyük əksəriyyəti qadın sürücülərdən çox şikayətçidirlər. Buna səbəb kimi xanımların avtomobili düzgün idarə etməmələrini əsas gətirirlər. Kişilər iddia edirlər ki, baş verən qəzaların, tıxacların səbəbkarı məhz səriştəsiz qadın sürücülərdir. Bu da reallıqdır ki, qadınlarda kişilərdən fərqli olaraq sükan arxasında daha çox özünə qarşı etibarsızlıq hissi olur. 

 

Məsələ ilə bağlı, İnformator.az-a açıqlama verən nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyir ki, sükan arxasına keçən, avtomobillə yola çıxan hər kəs bərabər hüquqa malikdir.

 

“Öncələr, biz qadınların daha çox qırmızı maşına üstünlük verməsinin şahidi olurduq. Amma indi ağ-qara avtomobillərdən də istifadə etməyə başlayıblar. Eyni zamanda, bir neçə il öncəyə nəzər salsaq, xanımlar kiçik həcmli avtomobillərə üstünlük versələr də, bu alışqanlıqlar hazırda dəyişib. Qadın da, kişi də sükan arxasında bərabər hüquqa malikdir. Hazırda ölkəmizdə bu cür ayrı-seçkiliyə yol verilmir. Mən şəxsən, “qadınlar avtomobil idarə edə bilmir” fikri ilə razı deyiləm”.

 

Həcər Əmiraslanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər