00:00:00
Yazar
Səadət Əlizadə
18.04.2026 19:20 26 1 dəq oxuma
İdman

Qadın futbolçulardan ibarət Azərbaycan millisi Andorranı məğlub edib

Qadın futbolçulardan ibarət Azərbaycan millisi Andorranı məğlub edib

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində dördüncü oyununu keçirib.

 

"İnformator.az" xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan komanda Andorra yığması ilə qarşılaşıb.

 

Bakıdakı "Bank Respublika Arena"da təşkil olunan görüş Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektivin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Komandanın heyətində qolları 12-ci dəqiqədə Yeliz Açar və 64-cü dəqiqədə Esra Manya vurublar.

 

Qrupun digər oyununda Macarıstan yığması öz meydanında Şimali Makedoniya seçməsi üzərində 7:0 hesablı qələbə qazanıb.

#məğlub #millisi #xəbər #yeni #andorranı
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər