00:00:00
Yazar
Admin User
17.10.2025 17:08 117 1 dəq oxuma
İdman

Qadın voleybolçular arasında Yüksək Liqanın ilk turunda növbəti oyun keçirilib

Qadın voleybolçular arasında Yüksək Liqanın ilk turunda növbəti oyun keçirilib

UNEC Voleybol Klubunun idman zalında baş tutan qarşılaşmada UNEC və “Milli Aviasiya Akademiyası” komandaları qarşılaşıblar.Qadın voleybolçular arasında Yüksək Liqanın ilk turunda növbəti oyun həyata keçirilib.

 

Mövzu haqqında "UNEC" Voleybol komandasının prezidenti Vüqar Məmmədov "İnformator.az"a açıqlamasında bildirib ki, klubun əsas məqsədi stabil və davamlı şəkildə yüksəliş göstərməkdir:

 

"Bu mövsüm UNEC Voleybol Klubu Azərbaycan çempionatında ölkənin ən güclü komandaları — "Azərreyl", "Gəncə", ''Murov", "Abşeron", 'MAA VK" və yeni yaradılan amma güclü tərkibdə olan "Turan" kimi rəqiblərlə qarşılaşacaq. Legioner və yerli oyunçular arasında uyğunlaşma prosesi sürətlə gedir. Yeni debüt etmiş legionerlər arasında Anna Calcagno,Melody Paige,Clark Lauren kimi adlar görmək olar. Komanda həm fiziki, həm taktiki baxımdan yüksək tempdə çalışır. Əsas hədəf çempionatın final mərhələsinə və medallar uğrunda mübarizəyə qədər yüksəlməkdir. Bununla yanaşı, 'UNEC"in strategiyası yalnız nəticəyə deyil, həm də gənc və yerli oyunçuların inkişafına şərait yaratmağa əsaslanır''.

 

 

Mələk Nəsirli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər