Qadınlar Çempionlar Kuboku yayımçı tapa bilmir
FİFA ilk dəfə keçiriləcək "Women’s Champions Cup" üçün TV hüquqlarını sata bilməyib. Turnir 28 yanvar–1 fevral tarixlərində Londonda baş tutacaq və Avropanı Arsenal təmsil edəcək.
Rəsmi tender keçirilmədən Sky Sports və BBC-yə təklif verilsə də, yayımçılar maraq göstərməyiblər. Cəmi dörd oyun (iki yarımfinal, final və üçüncülük görüşü) olduğundan turnirin kommersiya cəlbediciliyi az qiymətləndirilir.
Arsenal, Corinthians və Gotham FC artıq yarımfinaldadır. Digər yarımfinalçını Çin klubunun və AFR-in qalibi müəyyənləşdirəcək. Turnirin təşkili sıx oyun təqvimi səbəbindən çətinliklərlə üzləşib; Arsenal komandası mövsümün ortasında ABŞ-yə səfərə etiraz etdiyi üçün final mərhələsi Londonda keçirilir.
The Guardian
Eslanda Kulieva
