Qalatasaraya Avropada Muslera şoku! UEFA cəzanı açıqlayıb...
UEFA "Qalatasaray"ın "Yanq Boyz"la keçirdiyi matçda qırmızı vərəqə alan Fernando Musleranın cəzasını açıqlayıb. Ulduz qapıçının oynaya bilməyəcəyi matçlar...
UEFA "Qalatasaray"ın ulduz qapıçısı Fernando Musleranı "Yanq Boyz" matçında qırmızı vərəqə aldığı üçün 3 oyunluq cəzalandırıb.
Ulduz qapıçı “Qalatasaray”ın Avropa Liqasında PAOK, RFS və “Elfsborq”la matçlarında oynaya bilməyəcək.
13 il “Qalatasaray”da çıxış edən uruqvaylı qapıçı Fernando Muslera Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündə 1:0 hesabı ilə uduzduğu “Yanq Boyz” matçındakı hərəkətləri ilə çox danışılıb.
Qarşılaşmada qol buraxdıqdan sonra rəqib komandanın oyunçusuna təpik atan Muslera qırmızı vərəqə alaraq oyundan kənarlaşdırılıb.
Mənbə: Milliyet
Fatimə Abdulrəhimli