Qalib ölkənin qalib gəncləri
Yer üzündə elə bir xalq yoxdur ki, özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəslə bağlamasın. Sağlam, savadlı, istedadlı gənclərin yetişdirilməsi hər bir dövlətin qarşısında duran başlıca məqsədlərdən biridir. Çünki istənilən xalqın gələcəyi, hər bir ölkənin müqəddəratı bugünkü gənclərdən asılıdır.
İnformator.az-ın növbəti müsahibi isə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin II kurs tələbəsi, Elmir Heydərlidir.
1. Elmir, bu gün qalib xalqın qalib gəncləri sırasında yer alırsan. Bu haqda təəssüratların nələrdir?
İlk növbədə onu deyim ki, Azərbaycan müstəqillik dövründən, yəni, keçmiş Sovet Sosialist Respublikası (SSR) dağılandan bəri, öz gələcəyini özü qurmaq uğrunda keşməkeşli bir həyat yaşadı. Bu müddət ərzində xalqımız həm ağrılı, çətin, keşməkeşli günlər, həm də yaxşı, sevincli günlərin də canlı şahidi oldu. Düşünürəm ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycan dövləti öz çiçəklənmə mərhələsini yaşadı. Ulu Öndərimizin də qeyd etdiyi kimi, “Vaxt gələcək biz Qarabağa da qayıdacağıq, Azərbaycan bayrağı orada da dalğalanacaq”. Bu gün isə bu prosesi Ulu Öndərimizin layiqli davamçısı, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev həyata keçirdi.
2. Bu Zəfərin canlı şahidlərindən olaraq, hansı hissləri keçirdin?
Düşünürəm ki, bu gün Ulu Öndərimizin də ruhu şaddır, şəhidlərimizin də ruhu şaddır. Ümumilikdə isə xalqımız bu gün şaddır. Çünki bizlər bu hadisələrə canlı şahidlik etdik. Xüsusilə, son 3 il ərzində baş verən hadisələrə dair qeyd etmək istərdim ki, 3 il ərzində baş verən hadisələr xalqımızın ən şərəfli və qürurlu tarixi oldu. Mənə elə gəlir ki, bu 3 il müddətdə dünyaya gələn körpələr belə çox xoşbəxtdir. Xoşbəxtdir, çünki, bu hadisələrə, proseslərə yaxından şahid oldular. Biz gənclər də öz növbəmizdə bu şərəfli günlərin şahidi olduq, Şanlı Zəfərimizi xalqımızla birgə qeyd etdik. Bu gün mən bu Zəfəri ikiqat sevinclə qeyd edirəm. Çünki mənim atam da I Qarabağ Müharibəsinin veteranıdır. Həm veteran övladı olduğum, həm də qalib ölkənin qalib övladları sırasında yer aldığım üçün qürur duyuram. Allahdan şəhidlərimizə rəhmət diləyirəm. Qazilərimizə, veteranlarımıza uzun ömür arzulayıram. Uca Tanrıdan başda Cənab Prezidentimiz olmaqla, o taylı, bu taylı Azərbaycanımızı qorumasını arzu edirəm.
3. Bu gün bizim şanlı bayrağımız Xankəndidə dalğalanır. Bu xəbəri eşidən zaman nə düşündün?
Xankəndi məsələsi isə bizim addımlarımızın ən pik nöqtəsi oldu. Şanlı bayrağımızın bu gün Xankəndidə dalğalanması nəinki Ermənistan, hətta onun bəzi havadarlarına da mənfi təsir etdi. Lakin biz sona qədər öz haqq mübarizəmizdən geri dönən deyilik. Mübarizə aparırıq və aparacağıq. Dünən Xankəndidə baş tutan hərbi paradımız isə bizi istəməyən bütün düşmənlərə gözdağı oldu.
4. Son olaraq əlavə etmək istədiyin bir şey var?
Cənab Prezidentin də qeyd etdiyi kimi, biz vaxt gələcək doğma Qərbi Azərbaycana da qayıdacağıq. Amma hərb yolu ilə deyil, sülh və diplomatik yollarla.
Həcər Əmiraslanlı
