00:00:00
Yazar
Aydan Əsgərxanlı
10.07.2026 21:47 21 1 dəq oxuma
Dünya

Qalibaf: Müharibəyə hazır olanlar ABŞ ilə danışıqlar apara bilər

Qalibaf: Müharibəyə hazır olanlar ABŞ ilə danışıqlar apara bilər

Yalnız müharibəyə hazır olanlar ABŞ ilə danışıqlar apara bilər.


"İnformator.az" "Report"a istinadən xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İndoneziya Regional Nümayəndələr Şurasının sədri Sultan Bahtiar Najamudin ilə görüşdə deyib.

 

"Danışıqlarda mən ABŞ-nin vitse-prezidentinə (Cey Di Vens) bildirdim ki, biz sizə etibar etmirik", - Qalibaf vurğulayıb.

 

Onun fikrincə, ABŞ, İsrail və NATO son müharibəyə qədər İranı təslim edə biləcəyini düşünürdü: "Lakin çox tez başa düşdülər ki, öz məqsədlərinə çata bilməyəcəklər".

 

Najamudin isə bildirib ki, İran xalqı sülhün bərqərar olmasına can atır:


"Sizin səyləriniz sülhə gətirib çıxara bilər. İndoneziya İran və ABŞ arasındakı müharibəyə son qoyulmasına yönəlmiş səyləri alqışlayır".

 

#gündəm #baki #apara #qalibaf:
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər