00:00:00
Yazar
Elmira Ağayeva
30.06.2026 16:10 15 1 dəq oxuma
Siyasət

"Qambiya, Liberiya, Toqo və Komor Adaları İttifaqında diplomatik nümayəndəliklər açacayıq"-Lavrov

"Qambiya, Liberiya, Toqo və Komor Adaları İttifaqında diplomatik nümayəndəliklər açacayıq"-Lavrov

 

Rusiya xarici işlər naziri Sergey Lavrov Afrikanın dörd ölkəsində-Qambiya, Liberiya, Toqo və Komor Adaları İttifaqında diplomatik nümayəndəliklərin açılmasının planlaşdırıldığını açıqlayıb. O, bu barədə Rusiya XİN rəhbəri yanında Biznes Şurasının iclasında çıxışı zamanı bildirib. Lavrov qeyd edib ki, 2025-ci ildə Niger, Syerra-Leone və Cənubi Sudanda Rusiya səfirlikləri fəaliyyətə başlayıb, həmçinin Afrika ilə tərəfdaşlıq üzrə yeni departament yaradılıb.

 

Nazirin sözlərinə görə, hazırda Afrikada 45 Rusiya səfirliyi fəaliyyət göstərir və Moskva SSRİ-nin dağılmasından sonra azalan diplomatik mövcudluğunu sürətlə bərpa edir. “Yaxın zamanda cəmi dörd-beş ölkə qalacaq ki, orada da tamhüquqlu səfirliklər açılacaq və bununla Afrika qitəsində 100 faiz diplomatik əhatə təmin ediləcək”,-deyə Lavrov vurğulayıb.

 

Rusiya XİN-in Afrika ölkələri üzrə departamentinin direktoru Anatoli Başkin isə Qambiyada səfirliklə bağlı bütün qərarların verildiyini, Komor Adalarında və Toqoda isə təşkilati hazırlıq işlərinin davam etdiyini bildirib.

 

TASS
Mələk Hüseynova

#Qambiya #Liberiya #Toqo #Komor #Rusiya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər