Qar yağışı Yaponiyada faciə ilə nəticələnib
Yaponiyada davam edən sərt qış şəraiti və güclü qar yağışı ölkə üzrə insan itkilərinə səbəb olub. Yaponiya Yanğın və Fəlakətlərin İdarə Edilməsi Agentliyinin məlumatına görə, son 15 gün ərzində qarla bağlı baş verən qəzalar nəticəsində 30 nəfər həyatını itirib, 324 nəfər yaralanıb.
Ən çox zərər çəkən bölgə Niigata prefekturası olub və burada 12 nəfərin öldüyü bildirilib. Aomori prefekturasında isə qarın qalınlığı bəzi ərazilərdə 4 metrə çatıb.
Yaponiya Baş naziri Takaiçi Sanae vətəndaşlara hava xəbərdarlıqlarını izləməyi və təhlükəsizlik tədbirlərinə əməl etməyi tövsiyə edib. Hökumət qurumlarına isə zərərin azaldılması və əhaliyə dəstəyin artırılması tapşırılıb.
Sinoptiklər qar yağışının yaxın günlərdə də davam edə biləcəyini bildirirlər.
TRT XƏBƏR
Aysun Xanatova
