00:00:00
Yazar
Admin User
11.01.2026 17:19 80 1 dəq oxuma
İdman

Qara Qarayev milliyə təyinat alıb

Qara Qarayev milliyə təyinat alıb

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının məşqçilər heyətində yeni təyinatlar həyata keçirilib.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, AFFA-dan verilən məlumata görə, Rəşad Hüseynov U-21-in məşqçisi, Qara Qarayev isə analitik vəzifəsinə təyin olunub.

 

25 yaşından məşqçilik fəaliyyəti ilə məşğul olan Rəşad Hüseynov müxtəlif illərdə “Rəvan”, “Zirə”, “Sabah” və “Neftçi” klublarında çalışıb. 36 yaşlı mütəxəssis “Sabah”da əsas komandanın baş məşqçisinin köməkçisi vəzifəsini də yerinə yetirib.


Azərbaycan futbolunun tanınmış simalarından olan Qara Qarayevin isə peşəkar karyerasının böyük hissəsi “Qarabağ”la bağlı olub. Milli komandamızın 33 yaşlı sabiq yarımmüdafiəçisi daha sonra “Neftçi” və “Araz-Naxçıvan”da çıxış edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər