00:00:00
Yazar
Admin User
04.08.2025 16:54 151 1 dəq oxuma
İdman

"Qarabağ"a qarşı belə mübarizə aparmalıyıq

"Qarabağ"a qarşı belə mübarizə aparmalıyıq

"Komandam “Qarabağ”a, hər şeydən öncə isə daşıdığı formaya hörmət edir".

 

"İnformator.az" "Axar.az"a istinadən  xəbər verir ki, bu sözləri Şimali Makedoniyanın “Şkendiya” komandasının baş məşqçisi Ceton Beqiri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri ilk oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

O, turnirdə uğurlu çıxışı davam etdirmək istədiklərini bildirib:

“Ən yüksək səviyyədə mübarizə aparmalıyıq. Şansımızın olduğuna inanıram. Lakin oyun vaxtı maksimum dərəcədə konsentrasiyalı və aqressiv olmalıyıq. Bu matç hər şeyi həll etməyəcək, amma müsbət nəticə bizə cavab görüşü üçün çox kömək edəcək".

 

Qeyd edək ki, avqustun 5-də keçiriləcək “Şkendiya” - “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Komandalar arasında cavab qarşılaşması bir həftə sonra Bakıda olacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər