00:00:00
Yazar
Admin User
22.10.2025 15:23 169 1 dəq oxuma
İdman

"Qarabağ" "Athletic Bilbao" ilə oyuna hazırdır mı?

"Qarabağ" "Athletic Bilbao" ilə oyuna hazırdır mı?

Bu axşam San Mamés stadionunda keçiriləcək matçı azarkeşlər səbrsizliklə gözləyir. UEFA Çempionlar Liqasının əsas mərhələsində "Qarabağ"la keçiriləcək III tur oyunundan öncə təşkil olunmuş mətbuat konfransında rəqibin baş məşqçisi komandamız haqqında fikirlərini bildirib. Baş məşqçi Ernesto Valverde "Qarabağ"ın potensialının fərqində olduqlarını, lakin yenə də məqsədlərinin qələbə olduğunu vurğulayıb.

 

Mövzu haqqında idman mütəxəssisi Ceyhun Rzayev "İnformator.az"a açıqlamasında bildirib ki, oyun "Athletic Bilbao" nun öz evində keçiriləcəyi üçün hər baxımdan "Qarabağ"dan üstün hesab edilir:

 

" "Qarabağ" ilk iki oyunda ümumilikdə 6 xal əldə edib gözləntiləri yüksəldərək azarkeşlərin içində ümid çırağı yandırıb. Lakin "Athletic Bilbao" İspaniyanın öndə gedən klublarından yalnız biridir və "Qarabağ"ın məğlub etmə potensialı qat-qat aşağıdır. Buna baxmayaraq, komandamızın "Kopenhagen" , "Benfica" kimi klublar ilə qarşılaşmalarda göstərdiyi mükəmməl performans bu gün olacaq matçın nəticəsinin necə olacağı haqqında fikir söyləməyə imkan vermir. Azarkeşlər və bir çox futbol həvəskarları həyəcanla oyunun başlanacağı saatı gözləyir. "Qarabağ''ın əlindən gələni edib rəqibin qarşısında güclü müqavimət göstərəcəyi düşünülür".

 

 

Mələk Nəsirli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər