00:00:00
Yazar
Admin User
16.07.2025 19:07 193 1 dəq oxuma
İdman

"Qarabağ" Bakıya qayıdıb, Qurbanov isə Belfasta gedib

"Qarabağ" Bakıya qayıdıb, Qurbanov isə Belfasta gedib

Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Ağdam təmsilçisinin UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri - “Linfild” (Şimali İrlandiya) və “Şelburn” (İrlandiya) komandalarının oyununu izləmək üçün Şimali İrlandiyaya yollanıb.


"İnformator.az" "Report"a  istinadən xəbər verir ki, təcrübəli mütəxəssis bu gün Avstriyada təlim-məşq toplanışını başa vuran və Bakıya yola düşən kollektivdə yer almayıb.

 

Baş məşqçi ilə birgə video-analitik məşqçi Yanuş Vasilyev də qarşılaşmanı stadiondan canlı olaraq izləyəcək.


Qeyd edək ki, Belfastdakı "Windsor Park” stadionundakı matç Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Komandalar arasında ilk görüş "Şelburn"un 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk görüşləri iyulun 22-23-də, cavab qarşılaşmaları 29-30-da baş tutacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər