"Qarabağ" bizim üçün ən güclü rəqibdir - Badu
Bu, çox həyəcanvericidir. Belə güclü komandaya qarşı oynayacağıq. Komandam üçün çətin matç olacaq. Lakin biz öz gücümüzü göstərmək üçün əlimizdən gələni edəcəyik.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bunu "Vestri" klubunun baş məşqçisi Daniel Osafo-Badu “Qarabağ”la matçdan öncə keçirilən mətbuat konfransında deyib.
"Qarabağ"ın Çempionlar Liqasındakı bəzi oyunlarını izləmişəm. Onlar barədə əvvəlcədən də məlumatlı idim.
Azərbaycan çox gözəl ölkədir. Futbolçularım belə bir komanda ilə oynayacaqları üçün çox həyəcanlı idilər. Bu, bizim qarşılaşa biləcəyimiz ən güclü rəqibdir. Planlarımı açıqlamaq istəmirəm. "Qarabağ" topla aktiv oynayır, hücum edir və texnikalıdır. Bəlkə də, biz daha çox əks-hücumlarda çıxış edəcəyik. Qısaca olaraq yalnız bunu deyə bilərəm”, - Badu bildirib.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq matç sabah saat 20:00-da başlayacaq.