00:00:00
Yazar
Admin User
28.10.2025 18:57 152 1 dəq oxuma
İdman

“Qarabağ" bu dəfə heç-heçə edib

“Qarabağ" bu dəfə heç-heçə edib

Misli Premyer Liqasının IX turunda "Qarabağ" evdə "Şamaxı" ilə görüşüb. "Azərsun Arena"da baş tutan qarşılaşma heç-heçə ilə nəticələnib - 0:0. Bu nəticədən sonra "Qarabağ" 17 xalla ikinci pillədə qərarlaşıb. 10 xala malik "Şamaxı" isə 9-cu yerdədir.

 

Mövzu ilə bağlı idman jurnalisti Ceyhun Rzayev "İnformator.az"a açıqlamasında bildirib ki, "Qarabağ"ın öz meydanında "Şamaxı" ilə heç-heçə etməsi Misli Premyer Liqasında 9-cu turun ən gözlənilməz nəticəsidir:

 

"Bu nəticədən sonra Qarabağ liderliyini itirib, 2-ci pilləyə enib. Təbii ki, bu müvəqqətidir. Qarabağ bu çempionatın aşkar favoritidir və mövsümün sonunda çempion olacağına qəti şübhəm yoxdur. "Qarabağ" "Şamaxı"nı məğlub edə bilməyib, çünki "Şamaxı" çox yaxşı müdafiə olunan komandadır. Ayxan Abbasoğlunun işlədiyi komandalar 5 müdafiəçi ilə oynayırlar. Bu sistemi yarmaq biraz çətindir. "Şamaxı"nın futbolçuları çox əzmkarlıqla mübarizə aparırıblar, meydanın hər qarışı uğurunda döyüşüblər. Əlbəttə ki, "Şamaxı"nın hədəfi Misli Premyer Liqası yeri qorumasıdır. Artıq 10 xalları var”.


Günel Əlili

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər