00:00:00
Yazar
Admin User
12.12.2025 18:01 93 1 dəq oxuma
İdman

"Qarabağ" bu göstəricidə ən zəiflər arasındadır

"Qarabağ" bu göstəricidə ən zəiflər arasındadır

"Qarabağ"ın futbolçuları altı turdan sonra UEFA Çempionlar Liqasının əsas mərhələsində ən az zərbə vuranlar arasındadır.

 

Mövzu ilə bağlı idman jurnalisti Ceyhun Rzayev “İnformator.az”a açıqlamasında bildirib ki, yəqin ki, klub rəhbərliyi, yəni baş məşqçi də vəziyyətdən xəbərdardır:


“Aşkardır ki, “Qarabağ”a yaxşı bir mərkəz hücumçu lazımdır, hətta bəlkə ikisi lazımdır. Çünki tək Duranla olmur, Nəriman da ümidləri doğrultmur. “Qarabağ” oyunçuları elə futbolçulardan təşkil olunub ki, əksəriyyəti uzağdan zərbə vurmağı sevmirlər, amma “Qarabağ” hər oyunda kifayət qədər qol vəziyyəti yaradır. “Qarabağ”ın qol vəziyyəti yaratmaqda problemi yoxdur, sadəcə qol vəziyyətini realizə etməkdə, yəni istifadə etməkdə problem yaşayır. Ümumi olaraq Çempionlar Liqasını dəyərləndirsəm, Nəriman və Kaşuk, yəni oyuna sonradan daxil olan əsas bu iki futbolçu onlardan gözlənilən ümidləri doğrulda bilməyiblər”.


Aytac İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər