"Qarabağ" bu gün "Ayntraxt"la üz-üzə gələcək
UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”ı ciddi sınaq gözləyir. “Ayntraxt”a qarşı keçiriləcək oyunu İsveçrədən olan hakimlər briqadası idarə edəcək.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında idman jurnalisti Ceyhun Rzayev bildirib ki, Sandro Şerer təcrübəli hakimdir və onunla hər hansı problem yaşanacağını gözləmir:
“Qarabağ”ı və bizi çox maraqlı oyun gözləyir. Klubumuz “play-off”a çıxmaq üçün yalnız qələbəyə oynamalıdır. Komanda yaxşı hazırlaşıb, parlaq qələbə gözləyirik. Ümid edirəm ki, “Qarabağ” istədiyi qələbəni qazanıb “play-off”a vəsiqə əldə edəcək”.
Rzayev belə matçlarda VAR sisteminin rolunun böyük olduğunu qeyd edərək, “Qarabağ”ın növbəti mərhələyə yüksəlmək üçün qələbə qazanmağa çalışacağını, komandanın oyuna hazır olduğunu deyib.
Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt” oyunu bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.
