"Qarabağ" cari mövsüm əsas mərhələdə ilk dəfə məğlub olub
"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyununda səfərdə "Atletik" (Bilbao, İspaniya) ilə qarşılaşıb.
"San Mames" stadionunda reallaşan matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun "Atletik" (Bilbao, İspaniya) - "Qarabağ" oyununda üçüncü qol vurulub.
"İnformator.az"ın məlumatına görə, "San Mames" stadionunda keçirilən matçda meydan sahibləri hesabda irəli çıxıblar. 70-ci dəqiqədə Robert Navarro fərqlənib.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun "Atletik" (Bilbao, İspaniya) - "Qarabağ" oyununda hesab bərabərləşib.
40-cı dəqiqədə Qorka Quruseta adını tabloya yazdırıb.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin IIII turunun "Atletik" (Bilbao, İspaniya) - "Qarabağ" oyununda hesab açılıb.
"İnformator.az"ın məlumatına görə, "San Mames" stadionunda keçirilən matçda qonaqlar hesabı açıblar.
1-ci dəqiqədə Leandro Andrade fərqlənib.
