00:00:00
Yazar
Admin User
01.09.2025 16:49 128 1 dəq oxuma
İdman

Qarabağ çempionlar liqasında

Qarabağ çempionlar liqasında

Azərbaycan çempionu “Qarabağ” bu mövsüm Çempionlar Liqasında ölkəmizi təmsil etməyə hazırlaşır. “Qarabağ” artıq beynəlxalq səviyyədə tanınan və rəqabət qabiliyyəti yüksək bir komanda kimi diqqət çəkir. Komanda qrup mərhələsində bir sıra çətin rəqiblərlə qarşılaşacaq və bu, həm futbolçular, həm də azarkeşlər üçün həyəcanverici anlar vəd edir.


Mövzu ilə bağlı idman jurnalisti Orxan Sübhan bildirib ki, rəqiblər güclü olsa da, “Qarabağ”ın da gücünü nəzərə almaq lazımdır:


"Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması həqiqətən böyük nəticədir. Rəqiblərimiz güclüdür, razıyam. Ancaq "Qarabağ"ın da gücünü nəzərə almaq lazımdır. Qurban Qurbanovun komandası illərdir Avrokuboklarda oynayır, və "Qarabağ"ın illərlə yığdığı təcrübə bu mövsüm daha yaxşı nəticə verməlidir. Çətin olacaq, onu da bilirəm. Lakin komandamızın təkcə Avropanın deyil, dünyanın ən güclü klub turnirində çıxış edəcəyinin fərqindəyik. Başa düşürük ki, rəqiblərin pulu-parası, bahalı transferləri və s. daha çoxdur. Razıyam- pul çox şeydir, ancaq hər şey deyil. "Qarabağ" dəfələrlə oynadığı oyunlarla, qazandığı nəticələrlə sübut edib ki, bu gün istənilən rəqiblə döyüşməyə qadirdir. Ona da arxıyanam ki, "Qarabağ"ımız hətta hansısa oyunda uduzsa belə, sona qədər mübarizə aparacaq, heç bir rəqibə asanlıqla məğlub olmayacaq. Komandamıza hər bir oyunda uğurlar arzulayıram”.


Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər