00:00:00
Yazar
Admin User
27.08.2025 18:37 125 1 dəq oxuma
İdman

“Qarabağ” Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb

“Qarabağ” Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb

Azərbaycan çempionu “Qarabağ” tarixində ikinci dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.


"İnformator.az" xəbər verir ki, “köhlən atlar” turnirin pley-off mərhələsində Macarıstan “Ferentsvaroş”unu üstələyib.

 

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv buna Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan cavab oyununda 2:2 hesablı heç-heçə etməklə nail olub.

 

Görüşdə “Qarabağ”dan Leandro Andrade (25-ci dəqiqə) ilə Abdullah Zubir (45), rəqibdən isə Lenni Cozeflə (12) Barnabaş Varqa (55, pen.) fərqlənib.

 

Ağdam təmsilçisi avqustun 19-da səfərdə keçirilən matçda 3:1 hesablı qələbə qazanıb.


Qeyd edək, “Qarabağ” daha əvvəl 2017/18 mövsümündə də Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər