00:00:00
Yazar
Zəri Bayramlı
21.03.2026 19:28 110 1 dəq oxuma
İdman

"Qarabağ" çempionluqdan qalıb?

"Qarabağ" çempionluqdan qalıb?

Misli Premyer Liqasında 25-ci turun oyunları davam edir. Turun maraqlı qarşılaşmalarından birində “Kəpəz” doğma meydanda “Qarabağ”ı qəbul edib. Komandalar arasında əvvəlki oyunlarda hər iki tərəfin qələbə qazanması bu matça olan marağı daha da artırıb.


Mövzu ilə bağlı idman jurnalisti Ceyhun Rzayev "İnformator.az"a açıqlamasında deyib ki, bu oyun "Qarabağ" üçün həqiqətən də çox uğursuz olub:

"Əslində bir neçə qol vəziyyətləri oldu, sadəcə istifadə edə bilmədilər və bu məğlubiyyət çempionluğun gedişatına, mövsümün qalan hissəsində böyük ölçüdə təsir edəcək. Nəyə görə?Çünki  "Qarabağ" 10 xal "Sabah"dan geridədir.  Əslində "Qarabağ"ın ehtiyatda bir oyunu var, amma heç kim zəmanət verə bilməz ki, "Qarabağ" "Neftçi"yə qalib gələcək. Bu baxımdan "Sabah", Çempion olmuş kimi görünür, və bundan sonra çətin ki, çempionluğu buraxsın. Mən belə başa düşürəm ki, "Kəpəz" çempionluğun taleyini həll edib. "Kəpəz" "Qarabağ"ı mövsümdə iki dəfə məğlub etməklə "Qarabağ"ı çempionluqdan edib".


Zəhra Möhübbətova

#idman #gündəm #Qarabağ
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər