“Qarabağ” ÇL üçün sifariş ərizəsini göndərib
"Qarabağ"ın açıqladığı iştirak ərizəsindəki heyəti normal qiymətləndirirəm. Sadəcə əldə olan imkanlara görə qurulan bir heyətdir, yəni gözlənilən heyətdə heç bir sürpriz yoxdur. Daha da güclənmək təbii ki, olardı".
Bu sözləri idman eksperti, jurnalist Kənan Məstəliyev "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, ümumilikdə gözlənilən bir heyətdir:
"O ki, qaldı Joni Montielin siyahıda olmamasına, çox sadədir, çünki Montiel hazır deyil. Fiziki cəhətdən lazımi durumda deyil. Hətta Montielin nəinki Çempionlar Liqasında, hətta Azərbaycan Premyer Liqasında oynamağa belə hazır olmadığını görmüşük. Bu barədə Qurban Qurbanov mətbuat konfranslarında açıqlamalarında bildirib. Hazırda onun adının iştirak ərizəsinə salınması heç bir əhəmiyyət daşımır. Buna görə də normal yanaşmaq lazımdır. Düşünürəm ki, Çempionatda formasını yığandan sonra Qarabağ Liqa mərhələsinin ilkin mərhələsinə, hansı ki, indi səkkiz oyunluq mərhələ başlayacaq".
Müsahibimizin sözlərinə görə, uğurlu olarsa, onu keçərsə, yenidən Montieli ora əlavə eləmək olar:
"O ki, qaldı şanslara, şanslar çox çətindir, çünki rəqiblər çox güclüdür. Yəni Avropa mütəxəssislərinin qiymətləndirilməsinə görə ən çətin püşk düşən komandalar sırasında Qarabağ səkkizinci yerdə, yəni ən çətinləri arasındadır. Çünki rəqibləri "Çelsi", "Liverpul", "Napoli", "Atletik Bilbao" kimi, "Benfika" kimi dünya nəhəngləri var. Yəni çox ciddi rəqibləri var və ən çətin rəqiblərlə məhz səfərdə oynayacaq və ordan bizim nəinki qələbə, hətta bir xal gətirməyimiz belə böyük bir uğur sayılacaq. Ona görə də minimal imkanlarla maksimal nəticə qazanmağa çalışacayıq. Düşünürəm ki, "Qarabağ"ın, xüsusilə evdəki oyunlarda xal yığma ehtimalı var. "Kopenagen" və "Trakayev" oyunlarında komandadan uğur gözləmək olar. Ümumilikdə təxminən 5-7 xal arası toplaması çox yaxşı olar".
Zəhra Möhübbətova
