“Qarabağ”da sol cinahda oynayan futbolçular... - Mörfi
Düşünürəm ki, “Qarabağ”da xüsusilə sol cinahda oynayan futbolçular çox sürətlidirlər. Onlara qarşı diqqətli olmalıyıq. Ümumilikdə güclü komandadırlar. Arxadan qurulan hücumları yaxşı təşkil edirlər.
"İnformator.az"xəbər verir ki, bu sözləri İngiltərənin “Nyukasl” klubunun yarımmüdafiəçisi Ceykop Mörfi UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərədə “Qarabağ”a qarşı keçirəcəkləri oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.
O, əlavə edib ki, komanda doğma meydanda öz oyun üslubunu nümayiş etdirməyə çalışacaq:
“Evdə oynayanda bizim öz dəyərlərimiz və oyun prinsiplərimiz var. Çalışacağıq ki, özümüzü göstərək və ən yaxşı oyunumuzu ortaya qoyaq. Nəticənin daha da yaxşı olması üçün əlimizdən gələni etməliyik”.
Qeyd edək ki, “Nyukasl” – “Qarabağ” oyunu Mərkəzi Avropa vaxtı ilə fevralın 24-ü, saat 21:00-da, Bakı vaxtı ilə fevralın 25-i, saat 00:00-da start götürəcək. Komandaların Bakıda keçirilən ilk oyununda "Nyukasl" 6:1 hesabı ilə qalib gəlib.
