“Qarabağ” - “Ferentsvaroş” cavab oyunu
“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində həlledici matça çıxacaq.
Mövzu ilə bağlı Orxan Sübhan bildirib ki, kimsə düşünməsin ki, "Qarabağ" səfərdə asan qələbə qazanıbsa, rəqib Bakıda da asanlıqla təslim olacaq:
" "Ferentsvaroş"un itiriləsi heç nəyi yoxdur. Macarlar cütün qalibi olmaq üçün əllərindən gələni edəcəklər. Ona görə də "Qarabağ"ı çətin oyun gözləyir. Qurban Qurbanovun cavab oyununda ciddi dəyişiklik edəcəyini gözləmirəm. Ola bilər zədəli olduğu deyilən Nəriman Axundzadəni ilk dəqiqələrdən Musa Qurbanlı əvəz etsin. Oyun planına gəldikdə Qurban müəllimin mətbuat konfransında dediyi kimi "Qarabağ" hücum futbolu oynayacaq. Qalır cavab oyunundan üzüağ ayrılmaq və Çempionlar Liqasında yola davam etmək. "Qarabağ"ımıza uğurlar! "
Zəhra Həsənova
