00:00:00
Yazar
Səadət Əlizadə
18.05.2026 19:14 47 1 dəq oxuma
İdman

"Qarabağ" Fransa millisinin keçmiş oyunçusunu transfer edib

"Qarabağ" Fransa millisinin keçmiş oyunçusunu transfer edib

"Qarabağ" fransalı vinger Jali Muaddibi transfer etdiyini açıqlayıb.

 

Ağdam təmsilçisindən "İnformator.az"a verilən məlumata görə, "köhlən atlar" 25 yaşlı futbolçu ilə 2029-cu ilin yayına qədər müqavilə imzalayıb.

 

Bu gün tibbi müayinədən keçən oyunçu "Qarabağ"da 7 nömrəli formanı geyinəcək.

 

Jalinin son klubu Kipr təmsilçisi "Omoniya" (Aradippou) olub. O, karyerası ərzində Fransada "Lill" və "Anje"nin B komandalarında, həmçinin "Avranş"da, Rumıniyada "Botoşani"də çıxış edib.

 

Qeyd edək ki, Muaddib Fransanın U-19 milli komandasının formasını geyinib.

#keçmiş #edib #yeni #fransa #"qarabağ"
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər