00:00:00
Yazar
Admin User
24.12.2025 17:21 99 1 dəq oxuma
İdman

“Qarabağ”ın aparıcı yarımmüdafiəçilərinə transfer marağı artır

“Qarabağ”ın aparıcı yarımmüdafiəçilərinə transfer marağı artır

“Qarabağ”ın yarımmüdafiə xəttinin əsas üzvləri Pedro Bikalyo və Marko Yankoviç qış transfer dönəmində klubu tərk edə bilərlər. Xüsusilə Bikalyoya Braziliyanın “Botafoqo” klubu ciddi maraq göstərir. A Seriyası təmsilçisinin etdiyi iki rəsmi təklif Azərbaycan klubu qəbul edilməyib.

 

Mövzu ilə bağlı Ceyhun Rzayev “İnformator.az”a açıqlamasında bildirib ki, Qarabağın Çempionlar Liqasındakı çıxışından sonra gözlənilən idi ki, aparıcı futbolçulara təkliflər gələcək:

 

“Hazırda Yankoviç və Bikalini ciddi şəkildə istəyən klublar var. Bəli, hər iki futbolçu transfer oluna bilər -əgər təklif olunan şərtlər uyğun olarsa, onların gedişi mümkündür. Amma bu, futbolun təbii hissəsidir. Əgər bir futbolçuya alıcı varsa və özü də getmək istəyirsə, klub onu satmalıdır. Eyni zamanda, gedən futbolçunun yerini yeni transferlə doldurmaq da vacibdir. Yəni, yay transfer dövründə hücumçu cəlb olunacaqmı, bunu dəqiq demək çətindir. Əgər əsas heyətdə oynayan Yankoviç transfer olunarsa, əlbəttə ki, onun yerini doldurmaq üçün yeni futbolçuya ehtiyac olacaq. Bu halda, böyük ehtimalla yeni hücumçu cəlb ediləcək. Bəli, tamamilə doğrudur. Qarabağın əsas hədəfləri dəyişmir: həm Azərbaycan Premyer Liqasında çempionluq, həm də kuboku qazanmaq. Klub bu hədəflərə çatmaq üçün heyətini daim güclü saxlayır. İki futbolçunun mümkün gedişi bu planlara ciddi təsir etməz, çünki onların yerlərini yeni transferlərlə vaxtında dolduracaqlar”.

 

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər