00:00:00
Yazar
Güllər Gülhüseynova
21.07.2026 17:25 44 1 dəq oxuma
İdman

"Qarabağ"ın Avropa Liqasındakı rəqibi Bolqarıstan çempionatına heç-heçə ilə başlayıb

"Qarabağ"ın Avropa Liqasındakı rəqibi Bolqarıstan çempionatına heç-heçə ilə başlayıb

"Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqibi ÇSKA (Sofiya) Bolqarıstan çempionatının ilk turunda qolsuz heç-heçə edib. Bu nəticə fonunda "Qarabağ"–ÇSKA qarşıdurması daha böyük maraq doğurur.


"Mövsümə xal itkisi ilə başlamaq komandanın uzun marafona hazırlıq səviyyəsinin obyektiv göstəricisi sayıla bilməz. Startda müəyyən çatışmazlıqların olması təbiidir və "Qarabağ"da da hazırda heç də hər şey istənilən kimi deyil".


Bu sözləri idman jurnalisti, şərhçi Rövşən Binnətli "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, bu mənada, rəqibin ölkə çempionatına heç-heçə ilə başlaması hər hansı üstünlük anlamına gəlməməlidir:


"Qitə turnirlərindəki son illərin nəticələri "Qarabağ"ın favorit olduğunu göstərir. Ağdam klubu 10 ildən çoxdur ki, yarışların əsas mərhələsində mübarizə aparır ki, onların ikisi ən nüfuzlu Çempionlar Liqasında iştirakıdır. Ona görə artıq illərdir ki, qitə turnirlərinin ilkin mərhələlərində "silahı" yerə qoyan Bolqarıstanın ordu klubu "Qarabağ"la müqayisə oluna bilməz. Komandamız xeyli yenilənib, demək olar ki, yenidən qurulur. Ancaq Avropa Liqasında mövsümün ilk oyunları göstərdi ki, heyətdəki köklü dəyişikliklərə baxmayaraq, Ağdam klubu xarakterini qoruyur. Mübariz kollektiv ruhunu qoruması, zənnimcə, uğuru şərtləndirən əsas amildir".


Zəhra Möhübbətova

#UEFA #Avropa #Qarabağ #Bolqarıstan #idman
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər