“Qarabağ”ın Çempionlar Liqası heyətində dəyişiklik edilib
UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin “Nyukasl” komandası ilə üz-üzə gələcək “Qarabağ” klubu iştirak ərizəsində dəyişiklik edib.
Mövzu ilə bağlı idman jurnalisti Ceyhun Rzayev “İnformator.az”a açıqlamasında bildirib ki, “Qarabağ” Kris Kuakundan xeyir görməyib:
“Hətta baş məşqçi onu ümumiyyətlə son oyunda meydana buraxmayıb. O baxımdan “Qarabağ” üçün bu dəyişikliyi müsbət qiymətləndirirəm. Düzü, Kadi də 3 aylıq zədədən sonra qayıdıb, amma tam olmasa da “Nyukasl”a 2 oyunda da sonradan meydana daxil olub 15-20 dəqiqə oynaya bilər. Bu pley-off-da “Qarabağ”dan heç nə gözləmək lazım deyil. “Qarabağ” onsuz da missiyasını yerinə yetirib. Çox məhdud bir büdcə ilə pley-off-a yüksəlib, yəni bundan artıq nə etməlidir ki? Qarşıdakı rəqib də dünyanın ən güclü çempionatı olan İngiltərə Premyer Liqası komandasıdır. Ona görə “Qarabağ”dan sadəcə yaxşı bir mübarizə gözləyirəm”.
Aytac İbrahimova
