”Qarabağ"ın futbolçusu Zakariya Savo 8 həftə yaşıl meydanlardan kənarda qalacaq
"Qarabağ" ciddi itki ilə üzləşib. Komandanın hücumçusu Zakariya Savo aldığı zədə səbəbindən təxminən 8 həftə yaşıl meydanlardan kənarda qalacaq. Bu itkinin həm avrokuboklarda, həm də daxili çempionatda komandanın çıxışına təsir edəcəyi gözlənilir.
Mövzu ilə bağlı idman jurnalisti Ceyhun Rzayev "İnformator.az"a açıqlamasında deyib ki, komanda üçün Zakariya Savonun 8 həftəlik sıradan çıxması ciddi itkidir. Çünki o komandanın əsas hücumçusu idi:
"Burada 2 çıxış yolu var, birinci yol komanda yeni transfer etməlidir. Amma yeni transfer də gələn kimi oynuya bilməz. Buna görə də, ikinci seçim, əvəzlənmə olmalıdır. Onun yerinə ya hücumçu Musa Qurbanlı oynayacaq, ya da cinah oyunçularından birini Qurban Qurbanov müvəqqəti olaraq, Savo gələnə qədər hücumun mərkəzində oynadacaq. Bu yollarla Savonun yoxluğundan yaranan boşluğu doldurmağa çalışa bilərlər".
Zəhra Möhübbətova