00:00:00
Yazar
Admin User
12.09.2025 06:37 132 1 dəq oxuma
İdman

"Qarabağ"ın iştirak ərizəsi bəlli olub, dördü legionerdir

"Qarabağ"ın iştirak ərizəsi bəlli olub, dördü legionerdir

"Qarabağ"ın U-19 komandasının UEFA Gənclər Liqasının oyunları üçün iştirak ərizəsi bəlli olub.

 

"İnformator" "Report"a istinadən bildirir ki, bu barədə Ağdam təmsilçisinin Futbol Akademiyasının meneceri Nail Kərimov məlumat verib.

 

"Köhlən atlar" siyahıya 4-ü legioner olmaqla 32 oyunçunun adını daxil edib.

 

Onlardan 4-ü qapıçı, 12-si müdafiəçi, 10-u yarımmüdafiəçi, 6-sı hücumçudur.

 

Qapıçılar: Tunar Qasımov, Teymur Həsənov, Elşən Nəsirov, Bilal Hacıyev

 

Müdafiəçilər: Əli Abışev, Məsud Əlişanlı, Rəşad Alışov, Emil Binyatzadə, Həbib Qədimov (Rusiya), Uğur Qurbanlı, Cavid Məlikov, Cavid Məmmədov, Səbuhi Niftiyev, Amin Rzayev, Rəvan Teymurov, Əhməd Vəliyev

 

Yarımmüdafiəçilər: Eltun Babazadə, Əli Bəşirov, Əli Qazıbəyov, Ahmet Levent Gülenç (Türkiyə), İlkin Hacıyev, Əbdüləziz Cabbarlı, Hikmət Cəbrayılzadə, Elton Mikayılov, Mehdi Mütəllimli, Əliəkbər Rzazadə

 

Hücumçular: Toheeb Abiodun, Muyideen Olude (hər ikisi Nigeriya), Əli Əliyev (2018-ci ildən klubdadır), Əli Əliyev (2024-cü ildə kluba qoşulub), Əli İbrahim, Şahismayıl Cəfərov.



#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər