00:00:00
Yazar
Elmira Ağayeva
04.08.2026 20:55 54 2 dəq oxuma
İdman

"Qarabağ"ın Konfrans Liqasında potensial rəqibləri bəlli olub

"Qarabağ"ın Konfrans Liqasında potensial rəqibləri bəlli olub

 

UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçirilib və "Qarabağ"ın potensial rəqibi müəyyənləşib. Ağdam təmsilçisi III təsnifat mərhələsində Ukraynanın "Dinamo" (Kiyev) klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə, Niderlandın "Tvente" və Slovakiyanın DAK 1904 komandaları arasındakı cütün qalibi ilə qarşılaşacaq. Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab görüşləri isə avqustun 27-də keçiriləcək.

 

Mövzu ilə bağlı idman eksperti Ağa Dadaşzadə “İnformator.az”a açıqlamasında bildirib ki, ümid edirəm ki, "DAK 1904" komandası gələcək:

 

​" 'Qarabağ' ilk növbədə "Dinamo" səddini keçməlidir. Eyni zamanda ümid edirəm ki, "Tvente" ilə qarşılaşan "DAK 1904" ("Dunayska Streda") komandası mərhələni keçəcək. Hesab edirəm ki, onlar qalib gələcək və "Qarabağ" üçün də ən uyğun rəqib elə bu komanda olar.
​"Tvente" tanış rəqibdir. Dəfələrlə qarşılaşmışıq xüsusən "Qarabağ" bu komanda ilə həm pik formasında olduğu, həm də orta səviyyədə çıxış etdiyi dövrlərdə qarşı-qarşıya gəlib. Yenə də ümid edirəm ki, "DAK 1904" komandası gələcək. Çünki "Tvente" bizə qarşı bir növ prinsipial mövqedədir, bunu da nəzərə almaq lazımdır. Həmçinin Niderland futbolunda son vaxtlar sürətli oyun nümayiş etdirirlər. Lakin "Tvente" belə olsa da, qorxusu yoxdur. Çünki "Qarabağ"ın təcrübəsi var və "Tvente" də əvvəlki kimi deyil. Hər bir halda "DAK 1904" komandasının gəlməsi daha yaxşı olardı.
​O ki qaldı digər amillərə, "Qarabağ" "Dinamo" ilə səfər matçında hökmən qol buraxmamalıdır. Yaxşı olar ki, qol vurub vətənə qələbə ilə dönsün və cavab oyununda şansları boşa verməsin. "Qarabağ"ın ötən matçda ÇSKA-ya məğlub olmasının əsas səbəbi də elə yaradılan fırsətləri boşa verməsi idi. Komanda bu fürsətlərdən nə qədər çox yararlanacaqsa, qalib gəlmək şansı da bir o qədər yüksək olacaq".

 

Samirə Allahverdizadə

#Qarabağfk #UEFA
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər