"Qarabağ"ın Konfrans Liqasındakı potensial rəqibləri bəlli olub
"Qarabağ" klubunun UEFA Konfrans Liqasının 2026/2027-ci illər mövsümünün II təsnifat mərhələsində qarşılaşa biləcəyi komandaların adlarına aydınlıq gəlib.
"İnformator.az" xəbər verir ki, püşkün nəticəsinə əsasən, əgər Ağdam təmsilçisi UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Vestri" komandası ilə qarşılaşmadan məğlub ayrılarsa, mübarizəni UEFA Konfrans Liqasının II təsnifat mərhələsində davam etdirəcək.
Bu ssenari gerçəkləşəcəyi təqdirdə, komandamız "Qlentoran" (Şimali İrlandiya) - RFS (Litva) cütünün qalibi ilə üz-üzə gələcək.
Xatırladaq ki, UEFA Konfrans Liqasının 2026/2027-ci illər mövsümünün II təsnifat mərhələsi çərçivəsində baş tutacaq oyunların iyulun 23-ü və 30-da keçirilməsi planlaşdırılır.