00:00:00
Yazar
Admin User
06.11.2025 09:22 134 1 dəq oxuma
İdman

“Qarabağ”ın mərhələ adlama şansı neçə faizdir?

“Qarabağ”ın mərhələ adlama şansı neçə faizdir?

UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turundan sonra turnirdə növbəti mərhələyə yüksəlmək şansları ilə bağlı ehtimallar yenilənib.

 

“İnformator.az” xəbər verir ki, yenilənən siyahıda “Qarabağ”ın pley-off mərhələsinə yüksəlmək şansı 73%-dır.

 

Ağdam təmsilçisinin birbaşa 1/8 final mərhələsinə vəsiqə qazanmasına isə 1% ehtimal verilib.

 

Siyahıya İngiltərənin “Arsenal”klubu başçılıq edir. "Topçular"ın 1/8 final mərhələsinə yüksəlmək fürsəti 99%, ilk “24-lüy”ə düşməsi isə 100%-dır.

 

Türkiyə çempionu “Qalatasaray”ın pley-offa vəsiqə qazanmaq imkanı 99%, 1/8-ə isə 26%-dır.

 

Qeyd edək ki, “Qarabağ”ın Çempionlar Liqasında “Napoli”, “Ayaks”, “Ayntraxt Frankfurt” və “Liverpul”la oyunları qalıb. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda ilk dörd turdan sonra 7 xalla 15-ci pillədə qərarlaşıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər