"Qarabağ"ın növbəti rəqibi
Qarabag fk "Çempiyonlar Liqası" na daxil olduqdan sonra püşkatma nəticəsində rəqibləri bəlli oldu. İlk böyük rəqiblərdən biri də Chelsea futbol komandasıdır ki, 16 sentyabr Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Mövzu ilə bağlı idman eksperti Aslan Kərimov "İnformator.az"a açıqlamasında Qarabağın bu oyundakı əsas hədəfi və taktikaları haqqında danışıb:
"Chelsea - Qarabağ qarşıdurmasında hər iki komandanın da özünə məxsus oyun taktikaları var və düşünürəm ki , Qarabağ bu oyunda başqa bir taktiki üsluba əl atsın. Çünki illərdir özlərinə xas gedişləri var və onu mükəmməlləşdirməyə çalışırlar. Sadəcə oyunun içində bir çox məqamlar var ki, onlara daha çox diqqət etməli olacaqlar. Qarabağ ən azından topu özlərində saxlamağı qabartmağa çalışacaq. Çünki hər nə qədər top bizdə qalsa, digər rəqib çətinlik çəkir. Əgər nə çətinlik görünəcəksə, bu müdafiənin dağılmış formada olduğu vaxt olacaq. Çünki müdafiçilər dağılsa, rəqiblər bundan istifadə edəcək ve bu da bizə pis təsir edəcək. Düzünü deməli olsaq, nə Chelsea nə də Liverpool səviyyəsində deyilik. Ona görə də, düşünürəm ki ən azından Çempionlar Liqasinda olduğumuz üçün oyundan həzz almalıyıq, həm azərkeşlər həm də oyunçularımız.
Qarabağın burdakı əsas hədəfi isə yaxşı oyun ortaya qoymaqdır. Bu oyun haqqında dəqiq bir şey demək olmaz. Qalib də gələ bilərik , məğlub da ola bilərik, oyun bərabər də bitə bilər, lakin bunlar hamısı sadəcə ehtimaldır.
Xaricdən gələn oyunçuların yorğunluğu da bəlkə bizim oyuna bir şey qata bilər, lakin yenə də rəqiblərimiz çox güclüdür".
Nərmin Aslanzadə
