“Qarabağ”ın “Napoli” ilə oyunu bu hakimə tapşırılıb
“Qarabağ”ın İtaliyada “Napoli” ilə keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun oyununa hakim təyinatları açıqlanıb.
“İnformator.az” xəbər verir ki, Dieqo Armando Maradona adına stadionda keçiriləcək matç Polşadan olan hakimlər briqadasına həvalə olunub.
Görüşün baş hakimi FİA referisi Şimon Marçinyak olacaq.
Ona Tomaş Listkeviçlə Adam Kupsik kömək göstərəcək. Dördüncü hakim funksiyasını Voyçex Miç yerinə yetirəcək.VAR-da niderlandlı Pol van Bokel, AVAR-da isə xorvatiyalı İvan Bebek olacaq.
Qeyd edək ki, “Napoli”- “Qarabağ” oyunu noyabrın 25-də keçiriləcək.
