"Qarabağ"ın oyununda iki qol vurulub
Bu gün Azərbaycan Premyer Liqasında XIV tura start verilib.
"İnformator.az" xəbər verir ki, turun açılış matçında “Zirə” “Qarabağ”ı qəbul edib.
Görüşü baş hakim Rauf Cabarov idarə edib.
Görüşdə 1-1 hesablı bərabərlik qeydə alınıb.
Hazırda Qurban Qurbanovun komandası 30 xalla turnir cədvəlinə başçılıq edirsə, 27 xalı olan Rəşad Sadıqovun komandası onların ən yaxın izləyicisidir.
Qeyd edək ki, tura dekabrın 9-da yekun vurulacaq.
