00:00:00
Yazar
Admin User
21.11.2025 10:47 112 1 dəq oxuma
İdman

"Qarabağ"ın rəqibi 125 milyon avroya aldığı futbolçunu itirib

"Qarabağ"ın rəqibi 125 milyon avroya aldığı futbolçunu itirib

"Qarabağ"ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən olan İngiltərənin "Liverpul" klubu ağır itki ilə üzləşib.

 

"İnformator.az" xəbər verir ki, Mersisayd təmsilçisinin yarımmüdafiəçisi Florian Virts sıradan çıxıb.

 

Bu barədə komandanın baş məşqçisi Arne Slot İngiltərə Premyer Liqasının XII turunda "Nottingem Forest"lə baş tutacaq oyundan öncə mətbuat konfransında deyib.

 

Almaniyalı futbolçunun durumu barədə əlavə məlumat verilmir.

 

Qeyd edək ki, "Qarabağ"la "Liverpul" gələn ilin yanvarın 28-də qarşılaşacaq.


Florian Virts "Liverpul"a ötən yay Almaniyanın "Bayer Leverkuzen" klubundan 125 milyon avro qarşılığında keçib. O, cari mövsüm ərzində meydana çıxdığı 16 oyunda 3 məhsuldar ötürmə müəllifi olub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər