00:00:00
Yazar
Admin User
25.10.2025 19:01 192 1 dəq oxuma
İdman

“Qarabağ”ın rəqibində ciddi itki - Qoldan sonra zədələnib

“Qarabağ”ın rəqibində ciddi itki - Qoldan sonra zədələnib

“Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən olan İtaliyanın “Napoli” klubu ciddi itki ilə üzləşib.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, Neapol təmsilçisinin ulduz futbolçusu Kevin De Bruyne sıradan çıxıb.

 

Belçikalı yarımmüdafiəçi A Seriyasının 8-ci turunda evdə “İnter”i 3:1 hesabı ilə məğlub etdikləri matçda zədələnib. O, 33-cü dəqiqədə qola çevirdiyi penalti zərbəsi zamanı baldır nahiyəsindən xəsarət alıb.

 

Qeyd edək ki, bu qələbə ilə xallarını 18-ə çatdıran Antonio Kontenin rəhbərlik etdiyi komanda liderliyə yüksəlib.

 

“Napoli” “Qarabağ”ı noyabrın 26-da qəbul edəcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər