00:00:00
Yazar
Admin User
13.11.2025 18:28 126 2 dəq oxuma
İdman

“Qarabağ”ın rəqibinin daha bir oyunçusu sıradan çıxıb

“Qarabağ”ın rəqibinin daha bir oyunçusu sıradan çıxıb

"Napoli"nin yarımmüdafiəçisi Frank Anqissa zədələnib. Məlumata görə, yarımmüdafiəçi yığmanın məşqi zamanı əzələ zədəsi alıb. 

 

Qeyd edək ki, bundan əvvəl "Napoli"nin daha bir ulduz oyunçusu Kevin De Bruyne zədələnib.

 

Mövzu ilə bağlı idman jurnalisti Ceyhun Məmmədov “İnformator.az”a açıqlamasında bildirib ki, qarşıdakı oyunlarda “Napoli”nin iki futbolçusunun yoxluğu hiss olunacaq:

 

“Anqissanın zədəli olmağı mənə elə gəlir ki, “Napoli”yə Kevin De Bruyne’dən daha çox ciddi təsir göstərəcək. Çünki 90 dəqiqə meydanda olan, mübarizə aparan, “Napoli”nin əsas futbolçularından biri idi. Kamerun millisində aldığı zədə nə dərəcədə uzun müddət qalacaq bu barədə hələ ki, dəqiq məlumat yoxdur. Amma ümumiyyətlə, birdən-birə iki aparıcı futbolçunun zədələnməsi, belə düşünürəm ki, “Napoli”nin gücünü müəyyən qədər zəiflədəcək. Biz bunu qarşıdakı çempionat oyunlarında da görəcəyik. “Qarabağ”ın bu vəziyyətdən maksimum fayda götürməsi, mənə elə gəlir ki, mümkündür. “Qarabağ” hazırda elə bir oyun praktikasına sahibdir ki, nəinki bu vəziyyətdə, hətta Anqissa və Kevin De Bruyne heyətdə olsa belə, Neapol təmsilçisinə xal və ya xallar götürməyə qadir kollektivdir və bunu artıq sübut edib. Mən belə düşünürəm ki, hazırda Antonio Konte sərəncamında olan bütün futbolçulara, zədəli-zədəsiz hamısına “Qarabağ”a qarşı necə mübarizə aparmaq lazım olduğunu tapşırıb. Fikrimcə, komanda ciddi şəkildə hazırlıq görür. Amma qarşıdakı dönəmdə, çempionat oyunlarında biz birdən-birə iki futbolçunun yoxluğunu klubun oyununda daha çox sezəcəyik”.

 

Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər