00:00:00
Yazar
Admin User
22.11.2025 18:46 134 1 dəq oxuma
İdman

"Qarabağ"ın rəqiblərindən biri qalib gəlib, biri isə uduzub

"Qarabağ"ın rəqiblərindən biri qalib gəlib, biri isə uduzub

İngiltərə Premyer Liqasında 12-ci turun oyunları keçirilir.

 

"İnformator.az" xəbər verir ki, “Liverpul” doğma meydanda “Nottingem Forest”lə qarşılaşıb. Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

“Çelsi” isə səfərdə “Börnli”ni 2:0 hesabı ilə üstələyib.

 

Hazırda London klubu 23 xalla ikinci pillədə qərarlaşıb. Mersisayd təmsilçisi isə 18 xalla 11-ci yerdədir. Turnir cədvəlinə 26 xalla “Arsenal” başçılıq edir.

 

Qeyd edək ki, “Liverpul” Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqiblərindən biridir. “Çelsi” ilə təmsilçimizin Bakıda keçirilən görüşü isə 2-2 hesabı ilə başa çatıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər